Şou-biznes

İlqarın tərəfdaşı yenə dəyişdi

8 Oktyabr 2015 21:19
10 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Xeyirə qarşı" verilişinin ikinci aparıcısı yenə dəyişib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, İlqar Mikayıloğlunun növbəti tərəf müqabili Xose Bernardodur. 

Bu haqda danışan İ.Mikayıloğlu "Əlibəyi yola saldıq getdi. Bundan sonra onun yerində Xose duracaq" deyib.

Qeyd edək ki, verilişdə İ.Mikayıloğlunun ilk tərəf müqabili yumorist İslam Mehrəliyev olub. Daha sonra isə onu Əlibəy əvəzləyib. 

İ.Mikayıloğlu aparıcıların dəyişməsiylə bağlı açıqlamasında "Hər bir verilişin daxili mətbəxi var. Bunu ortaya çıxarmağın tərəfdarı deyiləm. Yaradıcılıqdır, axtarırsan və ən optimalın üstündə dayanırsan. Hələ ki, biz də optimal variantda dayanmışıq" deyə, söyləmişdi.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.