Şou-biznes

Xalq artistlərinin iki adı varmış

7 Oktyabr 2015 19:45
18 Şərh     Baxış: 3 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Gülyaz Məmmədova "Yeri gəlmişkən" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, müğənni öz və xalq artisti, bacısı Gülyanaq Məmmədovanın ikinci adının olduğunu etiraf edib:

"Doğulanda adımı Yazgül qoyublar. Bir gün kənddən başqa kişi atamın yanına gəlib ki, "Yazgül mənim qızımın adıdır, dəyiş". Atamda deyib ki, onda Gülyaz olsun. Gülyanaqda isə nənəm kağıza Elnaz yazıb, sinəsinə qoyub. Gülyanaq doğulanda axtarıb kağızı ki, adı desin, tapmayıb.

Görüblər yanaqları qırmızıdır, Gülyanaq qoyublar. Sonradan kağız tapılıb, amma dəyişməyiblər. Şəkidə adətdir, hamının iki adı olur. Kəndimizdə çox maraqlı adlar var idi: Kalxoz, Dolmaxala, Almaxala".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.