Şou-biznes

"Yoldaşımla övladımızı hər kəsdən uzaq tuturuq"

6 Oktyabr 2015 18:39
24 Şərh     Baxış: 2 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Emma Ələkbərzadə həyat yoldaşı Emil Çingizlə birlikdə "ATV Maqazin" kamerası qarşısına keçib. 

Axşam.az-ın məlumatına görə, ifaçı yeni doğulan oğlu Davidi hər kəsdən gizlətdiyini bildirib:

"Onu nəinki mediadan, hər kəsdən gizlədirik. Xoşlamıram uşağı efirə, dərgilərə çıxarmağı. Yoldaşım da mənim fikrimlə razıdır. Biz hər şeyə birlikdə qərar veririk".

E.Ələkbərzadə qayınanası ilə münasibətindən də danışıb:

"Mənim kimi gəlin yoxdur. Qayınatam dünyasını dəyişib. Qayınanam Olqa xanım isə gözəl qadındır. Ondan ayrı qalırıq. Ayda üç-dörd dəfə gedib-gəlirik. Amma telefonla tez-tez danışırıq. Hərdən Emil deyir ki, ver məndə anamla danışım".

Müğənninin həyat yoldaşı aşpazlıq bacarığından bəhs edib: 

"Biz mehribanıq. Valideynimlə daim ünsiyyətdə oluruq. Çox qonaq gələndə yeməyi özüm hazırlayıram. Onları təəccübləndirməyi xoşlayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.