Şou-biznes

Salam yenə aranı qatdı: "Axı biz kişiyik"

4 Oktyabr 2015 14:17
16 Şərh     Baxış: 3 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznesdə növbəti küsülülük Niyaməddin SalamiZamiq arasında baş verib. 

Gecce.az xəbər verir ki, Niyam Zamiqi günahlandıraraq, "ATV Maqazin"ə bunları deyib:

"Zamiq baxışı ilə elə bir hərəkət etdi ki, guya məni görmür. Zamiq mənim danışmadığım bir müğənni xanımın yanında oturmuşdu. Mən keçəndə gördü məni, amma görməzlikdən gəldi. Axı biz kişiyik. Kimsə kiminləsə dostdursa, yaxud danışmırsa, sabah onlar barışacaqlar, biz ortada qalacayıq. Salam Allahın adıdır, həm soy adımdır, həm də atamın adıdır. Mənim üçün müqəddəsdir. O, hörmət əlaməti olaraq, salam verə bilərdi. Mənə qızıldan qiymətli olan ədəb-ərkanımdır. Şərt deyil ki, sənin sənətin böyükdür. Salam sənətə baxmır. Mən şou-biznesdə bir çox insandan incimişəm. Avtomobil qəzası keçirdim, gördüm ki, mənə ən yaxın insan kimdir və əsl dost kimdir. Mənə şou-biznesin iki məşhuru - Nailə Mirməmmədli və Aygün Kazımova - əl uzatdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.