Şou-biznes

Hacı Nuran: "Həkimlər təşvişdədir"

2 Oktyabr 2015 19:24
50 Şərh     Baxış: 6 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Hacı Nuran Hüseynov "Yeri gəlmişkən" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Almaniyaya geri qayıtmaq istəmədiyini bildirib:

"Neçə müddətdir xərçəng xəstəliyindən müalicə alırdım. Bakıya gəlmək istəyirdim. Həkimlər qoymurdu. Özümə qapandım, məcbur icazə alıb bura qayıtdım. Həftəsonu geri qayıtmalı idim. Bu gün həkimimə zəng etdim ki, gəlmirəm. Onlar da təşvişə düşüblər. Yüz dəfə zəng etdilər ki, "Mümkün deyil, gələn ay əməliyyat olunmalısan". Telefonu bağlamışam ki, istəmirəm. Bu ay sümük iliyi trasplantasiyası olunmalıdır. Xərçəngin ən ağır formalarından biridir. Kimyaterapiya kömək etməyəndə ən son müalicə budur. Birinci özün donor olursan. Uyğunluq alınmırsa, donor axtarılır. Çox bahalı və ağır müalicədir. Bir müddət xüsusi otaqda saxlayırlar. Əgər hüceyrələr bədənimdə yaxşı funksiya verirsə, normal palataya köçürəcəklər. O müddəti dözməliyəm. İndi aldığım kimyaterapiya əvvəlkindən on dəfə ağır idi. Bu dəfə dözə bilmirdim. Çox yorulmuşdum".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.