Şou-biznes

Toya 1 milyona gedən xalq artistini siz də tanıyın

4 Sentyabr 2015 23:58
134 Şərh     Baxış: 20 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir çoxları inanmayacaq, amma həqiqətdir".

Bundan sonra Azərbaycan toylarında mahnı oxumayacam. Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib. O bildirib ki, yalnız xarici ölkələrdəki çıxışlarından pul qazanacaq:
"Artıq belə qərara gəldim ki, Azərbaycanda toylara getməyim. Bütün diqqətimi yönəltmişəm xarici estradaya. 20 yeni mahnı yazdırmışam. Hazırda aranjeman işləri gedir. Bundan sonra yalnız xarici ölkələrdə olan toylara gedəcəm.
Yeni mövsüm üçün toy qiymətimi də ilk dəfə açıqlayıram, bir milyon. Bəlkə də buna bir çoxları inanmayacaq, amma həqiqətdir. Məni toyunda görmək istəyənlər bir milyonundan keçməlidir".
Qeyd edək ki, B.Əliyev ötən mövsüm açıqlamasında bildirmişdi ki, toya 130 min manata gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.