Şou-biznes

Milyonçuya ərə gedən azərbaycanlı modelin yeni doğulmuş körpəsi - FOTO

4 Sentyabr 2015 20:19
28 Şərh     Baxış: 8 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan azərbaycanlı model Nigar Talıbova (Alptekin) yeni doğulmuş körpəsinin fotolarını hər kəslə paylaşıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, 37 günlük Lara Elisanın fotoları izləyicilər tərəfindən çox sayda baxış toplayıb. Fotolarda Lara Elisa anası, atası və bacısı ilə görmək olar.

Keçmiş model ailəsi ilə birlikdə Bodrumda dincələrkən çəkdiyi fotoları da paylaşıb. 

Nigar Talıbovanın həyat yoldaşı Ekim Alptekin adlı türk iş adamı, milyonçudur. O, həmçinin Türk-Amerika İş adamları Dərnəyinin sədridir. 

40 yaşlı keçmiş model artıq 2 qız, bir oğul anasıdır. Onun ilk övladı əkizdir - körpələrə Sara və Emir adı verilib. Nigar Talıbova kiçik qızını bu ilin 27 iyulunda dünyaya gətirib. 

Nigar Talıbzadə və Ekim Alptekin 2013-cü ilin noyabr ayında rəsmi nikaha girib. Ona qədər isə, artıq avqust ayında cütlüyün əkiz uşaq gözlədikləri barədə xəbərlər yayılmışdı. Nigar oktyabr ayında əkizlərini dünyaya gətirdikdən sonra uşaqlarının atası Ekim Alptekinlə sadə nikah mərasimi ilə evlənmişdilər.

Nigar Talıbova 2013-cü ilin oktyabr ayında əkizlərini dünyaya gətirdikdən sonra uşaqlarının atası Ekim Alptekin ilə noyabr ayında nikah kəsdirmişdi. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.