Şou-biznes

DJ Çina nişanı qaytarmasından danışdı: "Gecəni yatdım, səhər oyandıqda artıq..." - FOTO

4 Sentyabr 2015 18:14
46 Şərh     Baxış: 19 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nişanlısı ilə ayrıldığı xəbərləri yayılan məşhur diccey Çingiz Mustafayev (DJ Çina) saytları məzəmmət etdi. Milli.Az xəbər verir ki, anspress-ə açıqlama verən musiqiçi, bəzi jurnalistləri qeyri-peşəkarlıqda günahlandırdı:

"Facebook-da profilimi redaktə edəndə "nişanlı" statusumu "azad münasibət" ilə əvəzlədim. Gecəni yatdım, səhər oyandıqda artıq saytlar nişanı qaytardığımdan yazırdılar. Ukraynadakı dostum Vaqif Nağıyev zəng vurub soruşur ki, eşitdim nişanı qaytarmısan? Çox qəribədir, bir xəbəri dəqiqləşdirmədən necə yaza bilirlər?"

Musiqiçi saytları özünəməxsus tərzdə cəzalandırmaq qərarına gəlib: "Mənim telefonumu tapmaq çətin deyil, amma sizdən başqa hələ heç bir jurnalist mənə zəng vurub heç nə soruşmayıb". İcazəsiz yazdıqları üçün saytları cəzalandırmaq istədim və "nişanlı" statusumu yenidən qaytardım. Məqsədim bu idi ki, oxucular bu xəbərləri yazan saytlara ciddi yanaşmasınlar, onlara inanmasınlar".

DJ Çingiz nişanlısından ayrıldığını və hazırda başqa bir xanımla azad münasibətdə olduğunu etiraf etdi: "Sevdiyim və görüşdüyüm xanım var. Münasibətlərimiz azaddır və bir-birimizin qarşısında heç bir öhdəlik qoymamışıq. Dubayda yaşayan xanımla 1 il bundan əvvəl, "Günə Baxan" proqramının keçən ilki mövsümü başlananda ayrılmışıq. Nişan qaytarmaq söhbəti olmayıb, sadəcə dalaşmışıq və danışmırıq".

DJ Çina ilə keçmiş nişanlısı Aydanın nişan fotoları keçən il "Günə Baxan" verilişində yayımlanmışdı. Çina açıqlamalarının birində toyun Dubayda baş tutacağını bildirmişdi. Aydan ailəsi ilə birlikdə Dubayda yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.