Şou-biznes

"Bunu bir çoxları qulağında sırğa etsin"

4 Sentyabr 2015 17:23
9 Şərh     Baxış: 2 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti İlham Namiq Kamal gənc aktyorlara dəstək olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor "Tezdən oyan" verilişində tənqid olunan gənc yumoristlər haqqında danışıb:

"Gənclərə hörmətim var, onları sevirəm. Çünki onlar bizim gələcəyimizdir. Onlara kömək etmək lazımdır. Etməyənlərə isə deyirəm ki, mane olmayın. Bunu bir çoxları qulağında sırğa etsin. Mən müəlliməm.

Nə qədər tələbəm var. Hətta universitetdə tələbəm olmayan uşaqlar da gəlib mənim dərsimdə oturmağa can atırlar. Onlarla dost oluram. Gənclərə meydan açmaq, dəstək olmaq lazımdır. Ola bilsin ki, indiki gənclər düzgün yumor göstərə bilmir. Onları tənqid etməkdənsə, düzgün istiqamətləndirmək lazımdır. İstedadlılarımız çoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.