Şou-biznes

Sevda Yahyayevanın həyat tərzi

4 Sentyabr 2015 16:05
12 Şərh     Baxış: 3 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 9-da Yaşıl teatrda "İtmiş ada" adlı solo konsert verən Sevda Yahyayeva Lider telekanalında yayımlanan "Həyat tərzi" verilişinin qonağı olub.

Milli.Az xəbər verir ki, ifaçı bu yay aylarında istirahət etmədiyini və yalnız konsertin məşqləri ilə məşğul olduğunu açıqlayıb. Yahyayeva qış aylarında xarici ölkələrin birində 10 günlük istirahət planlaşdırır.

İfaçı xarici görünüşünü formada saxlamaq üçün idman etməyi də unutmur. Sevda hər ay, həftənin üç  gününü idman zallarında keçirir. Gündə iki saat olmaqla idman zalında məşq edən müğənni artıq idmanın həyat tərzinə çevirdiyini söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.