Şou-biznes

Dörd tanınmış aparıcıdan yeni veriliş

3 Sentyabr 2015 22:10
7 Şərh     Baxış: 4 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ildən anonsları yayımlanan "5-ci element" verilişi yeni mövsümdə ekrana gələcək. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ATV-də yayımlanacaq proqrama Kamilə Babayeva, Hüsniyyə Məhərəmova, Ranar Musayev və Rüfət Ağayev aparıcılıq edəcək. 

Verilişdə aparıcıların hər biri müxtəlif elementi əks etdirir. Belə ki, K.Babayeva alov, H.Məhərrəmova külək, R.Axundov torpaq, R.Musayev isə su elementidir.

Qeyd edək ki, "5-ci element"in ötən il efirə getməməsinin səbəbi H.Məhərrəmovanın "Eurovision"da Azərbaycan nümayəndə heyətinin rəhbəri olması, Ranar Musayev və R.Ağayevin isə "Bakı 2015"dəki fəaliyyəti idi. 

Ana olduqdan sonra aparıcılıqdan uzaqlaşan K.Babayeva efirə ilk bu verilişlə qayıdacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.