Şou-biznes

Elza Seyidcahan: “Mən deputat olmağa layiqəm”

3 Sentyabr 2015 19:08
65 Şərh     Baxış: 3 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış müğənniləri noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputat mandatı əldə etmək üçün namizədliklərini irəli sürmək niyyətində deyillər. Əməkdar artist Elza Seyidcahan isə həmkarlarından fərqli mövqedədir. O, modern.az saytına açıqlamasında etiraf edib ki, heç zaman deputat seçilmək iddiasında olmayıb. 

Elza Seyidcahan da digər həmkarları kimi düşünür ki, hər bir insan öz sənəti ilə xalqına xidmət etməlidir:

"Əgər bir insan ailəsinə, dostlarına və millətinə xidmət edirsə, məncə, əsl millət vəkili məhz odur. Namizədliyimi irəli sürmək məsələsinə gəldikdə, heç vaxt deputat olmaq istəməmişəm, sadəcə ötən il bir çox saytlarda "Elza Seyidcahan deputat ola bilər, yaxud ola bilməz" sualı geniş müzakirə olundu. Bundan sonra söylədiyim fikirlər mətbuatda şişirdildi. Uzun müzakirələrdən sonra "mən deputat olmağa layiqəm, ya yox" sualı ətrafında ciddi düşünməyə başladım. Nəticədə qərara gəldim ki, deputat olmağa layiqəm və bu işi bacararam".

Elza Seyidcahan deyib ki, parlament seçkilərində YAP-ın fəxri üzvü kimi namizədliyini irəli sürəcək: "Seçilib-seçilməyəcəyim isə qalır xalqımızın ixtiyarına".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.