Şou-biznes

Hicablılara "bayquş" deyən aparıcı yenidən efirdə - VİDEO

3 Sentyabr 2015 15:04
101 Şərh     Baxış: 12 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hicablı qadınlara "bayquş" dediyi üçün ANS-dən uzaqlaşdırılan teleaparıcı Elnarə Təhməzova yenidən efirə qayıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ANS-in Facebook səhifəsində məlumat verilib. Teleaparıcı yenidən "İncə maraqlar" və "İncə+" verilişi ilə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, "İncə maraqlar" verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları "bayquş"a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və "İncə+" verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.