Şou-biznes

"Bezmişəm bu suallardan"

3 Sentyabr 2015 15:39
17 Şərh     Baxış: 4 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Xədicə Sənanqızı gözəllik sirrini bölüşüb.

Axşam.az-ın məlumatına görə, "Hər şey daxil" verilişinə qonaq olan aparıcı heç vaxt plastik əməliyyat etdirmədiyini bildirib:

"Xaricdən dəriyə qulluq lazımdır. Amma həkim müayinəsindən keçmək, daxilini də müalicə etmək mütləqdir. Çoxlu su içməliyik. Xaricdən gətirilən bahalı kremlərə qaçmaq olmaz. Avropa xanımları ilə bizim dəri növümüz eyni deyil. Gözəllik salonuna gediriksə, bizə təklif olunan müəyyən üsulları etməməliyik. İndi botoks geniş yayılıb. Bundan qaçın, peşman olacaqsınız. Sosial şəbəkədə mənə həmişə sual verirlər ki, "Plastik əməliyyat etdirmisiniz". Bezmişəm bu suallardan. Üzümdə heç bir cərrahi müdaxilə olunmayıb.

Gələcəkdə qırışlarım olsa, üzümdə qüsur yaranarsa, etdirərəm. Amma etdirmədiyim halda mənə irad tutulmasını xoşlamıram. Çoxlu su içmək üzdəki qırışları aradan qaldırır. Bir də nə etsəniz, ilk növbədə, həkimlə məsləhətləşin. Üç il əvvəl mən üzümlə bağlı əziyyət çəkdim. Səpkilər əmələ gəlmişdi. Hətta xarici ölkədə də kosmetoloqa getdim, nəticə olmadı. Axırda həkimə gedib, araşdırma apartdırdım. Müalicə aldım, problem aradan qalxdı. Ona görə də kosmetoloqdan əvvəl orqanizminizdə hansısa xəstəliyin olub-olmadığını da araşdırın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.