Şou-biznes

İlqar Mikayıloğlu ATV-dəki verilişindən uzaqlaşdırıldı

3 Sentyabr 2015 14:02
30 Şərh     Baxış: 18 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-nin məşhur cütlüyü İlqar Mikayıloğlu və xanımı Zülfiyyə Bayramova daha "Gün üzü"nə çıxmayacaq. 
 
Publika.az xəbər verir ki, onları yeni mövsümdən hər səhər ekranlarda görmək mümkün olmayacaq. Bu barədə Zülfiyyə Bayramova məlumat verib.
 
"Layihəmiz dəyişib. "Gün üzü" verilişində nə mən olacağam, nə də İlqar. Ayrı layihə ilə tamaşaçıların qarşısına çıxacağıq. Yeni layihədə də İlqar ilə birlikdə veriliş aparacağıq. Artıq bizi səhər verilişində görməyəcəksiniz".
 
Onu da əlavə edək ki, İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın yeni layihəsi şou xarakterli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.