Şou-biznes

Natavan Tolik davası davam edir: yenidən məhkəmə

2 Sentyabr 2015 21:06
11 Şərh     Baxış: 3 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Natavan Həbibi ilə prodüser Tolik arasında qalmaqal davam edir. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün Tolikin instaqramda müğənnidən üzr istəməsi və təkziblə bağlı qətnaməsinin saxta sənədlər əsasında qəbul edilməsinə qarşı tərəf cavab verib. 

Həbibinin vəkili Fərid Həsənov açıqlamasında bildirib ki, hazırda Tarix Əliyevin məhkəmə qətnaməsinin icrası Xətai Rayon İcra Şöbəsindədir: 

"Qətnamənin əsaslandığı sübutların icra mərhələsində saxta olunmasının müəyyən edilməsi ilə əlaqədar yayılan məlumatlar tamamilə yalandır. Əksinə qətnamənin könüllü icrası üçün Tarix Əliyevə 10 gün vaxt verilib. Əgər bu vaxt müddəti ərazində o Həbibova Natavan Şamil qızından üzr istəməsə, təkzib verməsə onu qanunla nəzərdə tutulmuş qaydada məcburi icbari tədbirlər gözləyir". 

Həmçinin, Tarix Əliyev müğənni Natavan Həbibini və bütün məhkəmə orqanlarını saxtakarlıqda ittiham etdiyi üçün (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi) hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.