Şou-biznes

Nisə Qasımova ilə Elton arasında mübahisə düşdü - VİDEO

2 Sentyabr 2015 17:36
21 Şərh     Baxış: 3 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nisə Qasımova ilə müğənni Elton Hüseynəliyev arasında narazıçılıq yaşanıb. 

Axşam.az-ın məlumatına görə, "Azərbaycanın səsi" verilişində E.Hüseynəliyevin dediyi "Müğənnini səhər tezdən yuxudan oyatsan da oxumağı bacarmalıdır. Sənətçinin ifasında "detone" olmamalıdır. Əgər varsa, o müğənni deyil" sözləri qarşı tərəfi əsəbiləşdirib.

N.Qasımova sənətçiyə etirazını belə bildirib:

"Müğənni var ki, xırdalıq etmir. Sadə oxuyur, adam heyran qalır. Balaca "detone" olan kimi başından vurmamalıyıq. Kim deyir səhər yuxudan oyanan kimi oxumağı bacarmalısan? Kim bu sözü deyirsə, yanlışdır. Elə-belə şüardı çıxarıblar. Tibbi nöqteyi nəzərdən belə bir şey olmaz".

E.Hüseynəliyev "Burada bizim böyüyümüz Nisə Qasımovadır. Məni yanlış anlayır" deyərək, onun könlünü almaq istəyib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.