Şou-biznes

Keçmiş sevgilisi Rəqsanədən 300 min dollar tələb edir

2 Sentyabr 2015 12:38
60 Şərh     Baxış: 7 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ali Məhkəməsində Faiq Azayevin müğənni Rəqsanə İsmayılovaya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. 

Report-un xəbərinə görə, Ali Məhkəmə Nizami Rayon Məhkəməsinin aktını qüvvədə saxlayıb.
 
Rəqsanə İsmayılovanın vəkilləri Xaliq BağırovCavad Cavadov məhkəmə qərarına münasibət bildirməyib.

Qeyd edək ki, F.Azayev R.İsmayılovanın ona vurduğu maddi ziyanın ödənilməsini istəyir. Tələb olunan pulun nə qədər olduğu açıqlanmasa da, təxminən 300 min dollara yaxın vəsaitdən söhbət getdiyi bildirilir.
 
Nizami Rayon Məhkəməsi F.Azayevin müğənniyə qarşı iddiasını qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını dəyişdirib.
 
Mətbuatda Faiq Azayevlə Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.