Şou-biznes

Azərbaycanlı teleaparıcı kanal dəyişdi - YENİLƏNİB

2 Sentyabr 2015 00:46
30 Şərh     Baxış: 13 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

02.09.2015

00:46

Region televiziyasının mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov Milli.Az-a açıqlamasında Günay Yelmarqızının TTV-yə keçdiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də aparıcıya TV-də məsul vəzifə verilib, lakin hansı vəzifə olduğu açıqlanmır: "Bu barədə yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək".

----------------

01.09.2015

20:33

Teleaparıcı Günay Yelmarqızı Qafqazın ilk xəbər kanalı olan TTV-də (Türkel TV) çalışmağa başlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı adıçəkilən kanalda məsul vəzifəyə dəvət olunub. G.Yelmarqızı bu gündən etibarən işə başladığını bildirib: 

"Kanaldan mənə əməkdaşlıq təklifi gəldi, mən də qəbul etdim. Etimad göstərən bütün dəyərli insanlara təşəkkür edirəm".

Aparıcı TTV-nin fəaliyyət göstərdiyi Tovuz rayonunda yaşamağın onun üçün çətin olmayacağını bildirib: 

"Mən yenilikləri, yeni təcrübələri çox sevirəm. Ötən il Amerikada yaşamışdım. Bu il Tovuza gəlmək qismət oldu. Burada dəyərli dostlarım, həmkarlarım var. Onların əhatəsində, yəqin ki, darıxmaq imkanım olmayacaq". 

Teleaparıcı kanaldakı vəzifəsinin adını hələlik açıqlamaq istəməyib: 

"Məsul vəzifədir. Hələ açıqlama vermək istəmirəm. Əvvəlcə vəzifəmi doğruldum, sonra məlumat verəcəm".

Qeyd edək ki, Günay Yelmarqızı bundan əvvəl "Lider" kanalının xəbər aparıcısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.