Şou-biznes

Bu gün hər kəs ondan danışacaq - FOTO

1 Sentyabr 2015 13:50
22 Şərh     Baxış: 12 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki,  20 ilə yaxındır Azərbaycan efir məkanında öz sözünü deməkdə olan tanınmış teleaparıcı Lamiyə Ələkbərqızı sentyabrın ilk günündən etibarən Lider TV-nin canlı yayımında tamaşaçıların görüşünə gəlir.

15 illik yubileyini qeyd edən telekanalın əsas simalarından biri olan Lamiyə 8 yaşlı "Həyat tərzi" proqramını yeni formatda, peşəkar komandası ilə ərsəyə gətirəcək. Daha ətraflı xanım teleaparıcı özü oxucularımızı məlumatlandırdı:

"Bu gün sevincimin həddi-hüdüdu yoxdur. İkici ailəm hesab etdiyim doğma Lider kanalı düz 15 illiyini qeyd edir. Telekanallar sırasında öz birinciliyini qoruyub saxlamağı bacaran media şirkətində çalışmaq mənim üçün qürurvericidir.

Nə gözəl ki, yenilənmiş "Həyat tərzi" verilişimiz ad günümüzə təsadüf edir. Biz reytinq naminə yox, tamaşaçıya pozitiv əhval-ruhiyyə bəxş etmək üçün həftə içi 5 gün efirdə olacağıq.

Saat 14.30-dan 16.00-dək yayımlanacaq proqramın quruluşçu rejissoru Mahir Ərdəbilli, redaktoru Rövşən İlknuri, rejissoru Aydın Hüseynli, rejissor assistenti və prodüseri Zərifə Rafiqqızıdır. Əminəm ki, mənim təqdimatımda "Həyat tərzi" yeni televiziya mövsümü boyunca tamaşaçı rəğbəti qazanacaq".

Məlumunuz olsun ki, Lamiyyə Ələkbərqızı sentyabrın 2-i həm də özünün növbəti doğum gününü qeyd edəcək. Teleaparıcı bu xoş gününü də canlı yayımda tamaşaçıları ilə birgə keçirəcək.

İnformasiya dəstəyi Trend, Day.Az, Milli.Az-dır.

Elşən
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.