Şou-biznes

Nadir Eltona əsəbləşdi: "İmkan vermərəm ki, balalarıma qarğış etsinlər"

31 Avqust 2015 17:22
21 Şərh     Baxış: 3 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın səsi" yarışmasında münsif olan Elton Hüseynəliyevin verilişin sonuncu buraxılışına qatılmaması həmkarı Nadir Qafarzadəni özündən çıxarıb. 

Axşam.az-ın məlumatına görə, qaydalara uyğun olaraq E.Hüseynəliyevin tələbələrini müsabiqədən uzaqlaşdırmaq digər münsiflərə həvalə olunub. 

Əsəbləşən N.Qafarzadə bu öhdəliyi üzərinə götürməyəcəyini bildirib:

"Heç kimi öhdəmə götürmürəm. Mən qarğış yiyəsi olmaq istəmirəm. Güc-bəla ilə iki bala böyüdürəm, imkan vermərəm ki, onlara qarğış etsinlər. Kimi ulduz olacaq, kimi də pul qazanacaq ortada mən pis olacam?

Nəyimə lazımdır... Mən öz tələbələrimə cavabdehəm. Kimisə uzaqlaşdıracam, gedib mənə, balama qarğış edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.