Şou-biznes

"Xanımlar mənə baxanda desin ki, "A nə qəşəng görünür""

31 Avqust 2015 15:08
25 Şərh     Baxış: 2 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Zamiq Hüseynov idman zalında məşq edərkən kameralara tuş gəlib. 

Axşam.az-ın məlumatına görə, "Onlar"a açıqlama verən sənətçi formada qalmağından danışıb:

"Bədən quruluşumu formaya salmaq üçün heç bir dərman qəbul etmirəm. Sənət dostlarım çox vaxt baxıb, deyir ki, "Zamiqə baxın, necə formadadır". Bu, mənim xoşuma gəlir. Neçə illərdir pəhrizdəyəm. Nə siqaret çəkirəm, nə də gecə həyatım var. 26 yaşıma kimi gecələr səhərə yaxın evə gəlirdim. Artıq 6 ildir o hala son qoymuşam. İstəyirəm yaxşı görünüm.

Xanımlar mənə baxanda desin ki, "A nə qəşəng görünür". Bu hal hamıda var. Özümə baxanda, qəşəng görünməsəm, evdən bayıra çıxmıram. Əgər tədbirə gələndə güzgüdə özümdən xoşum gəlmirsə, evə qayıdıram. Paltarımı dəyişib, təzədən məclisə gəlirəm. 75 kiloqramam. Məktəbdə sinfin ən güclü və irəlidə gedəni mən olmuşam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.