Şou-biznes

Afaq Aslan: "Çaşma" - VİDEO

31 Avqust 2015 14:46
42 Şərh     Baxış: 7 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalmaqallı açıqlamaları ilə tanınan müğənni Afaq Aslan yaradıcılıq işlərindən danışıb.

Milli.Az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Altay Yaşara, musiqisi Fərahimə məxsus "Çaşma" adlı bəstəni oxuyub:

"Bu mahnını eşitdiyim gündən bəyəndim və oxumağa razılıq verdim. Əsas da mahnının sözlərini özümə yaxın hiss etdim. Mahnıda deyilən sözlər məni şou-biznesdə gözü götürməyən bir neçə həmkarıma ismarışdır.

Mənimlə düşmənçilik edən insanların çoxunun payını zamanla verəcəm. Bir çoxları adımı qalmaqallı müğənni qoyub. Başa düşə bilmirəm ki, insan özünü müdafiə edəndə və həqiqəti söyləyəndə qalmaqallı olur?

Şou-biznesin bir neçə nümayəndəsi mənə qarşı qruplaşma yaradıblar. Həmin adamların cavablarını yaxın zamanda verəcəm. Onların adlarını açıqlayacam. Mənim kimdənsə çəkinəcəyim yoxdur. Öz işimlə məşğulam. Sentyabr ayında yaradıcılığımda tam fərqlilik olacaq. Bu gün təqdim etdiyim "Çaşma" adlı mahnı isə radiodalğalarda da səslənəcək".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.