Şou-biznes

"Sincab görəndə onları xatırladım"

31 Avqust 2015 10:48
140 Şərh     Baxış: 8 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı linza taxan tanınmışlara irad bildirib. 

Axşam.az-ın məlumatına görə, o bu haqda sosial şəbəkədə yazıb. 

X.Hidayətqızı linza taxanları sincaba bənzədib: 

"Son zamanlar linza taxmaq dəb halını alıb. Sanki, gözəl gözlərinə linza qoyub, öz aləmlərində daha da yaxşı olurlar. Özü də hamı yaşıl gözlü olmaq istəyir. Qızım, Allah sənin rənginə uyğun göz verib, onu niyə dəyişirsən? Sincab görəndə onları xatırladım".

X.Hidayətqızı daha sonra ailə haqqında bəhs edib:

"Ailə heç nəyin yoxkən axşamları evində sakit yatmaq, səhərləri bir masanın arxasında toplaşmaq, varlı yox, kasıb süfrəndə xoşbəxt olmaqdır. Bir-birinizə bəslədiyiniz hörmət və sevgidir ailə. Bir şeyi də unutmayın, pul hər zaman xoşbəxtlik deyil. Allah ailələrimizi qorusun, qəlbi kinlə dolu pis insanlarla bizi qarşılaşdırmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.