Şou-biznes

Tural Bayraməliyevin yeni kompozisiyası

31 Avqust 2015 10:00
1 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox məhşur hitlərin müəllifi, şair-bəstəkar Tural Bayraməliyev növbəti kompozisiyasını xanımı Mehribana həsr edib. "Mehriban" adlanan yeni musiqili əsər T.Bayraməliyevlə xanımının ailə həyatı qurmağının bir ilinə ərməğandır. Bu barədə Milli.Az-a müəllif özü məlumat verib:

"Kompozisiyanı eyni zamanda sevib-sevilən, qəlbi sevgi ilə döyünən gənclərə həsr edirəm. İnanıram bu melodiya sevənlərin rəmzinə çevriləcək".

Qeyd edək ki, yeni bəstəsinin aranjimanı İlkin Həsəniyə məxsusdur. Məhşur musiqiçi Muhittin Kadriyenin rəhbərliyi və böyük orkestr heyətinin müşayiəti ilə bəstə Türkiyədə lentə yazılıb.

Öyrəndik ki, "Mehriban" tezliklə ekran həllini tapacaq. Tural Bayraməliyevin məlumatına görə, tanınan türkiyəli rejissor qonşu ölkədə kompozisiyaya klip çəkəcək. Klip iki gəncin sevgisindən bəhs edəcək. Obrazı türkiyəli peşəkar aktyorlar canlandıracaq. Çəkilişin Böyük adada aparılması nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=hJBhwrIQgbM&feature=youtu.be

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.