Şou-biznes

Şou-biznesin cavan nənəsi: "Qayınanalıq eləmirəm" - FOTO

30 Avqust 2015 20:19
56 Şərh     Baxış: 14 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxdan gözə dəyməyən Aşıq Zülfiyyə el məclislərinin birində kameramıza tuş gəlib.

Sənətçinin xeyli çəki atdığı da diqqətimizdən yayınmayıb. Milli.Az xəbər verir ki publika.az-a danışan Aşıq Zülfiyyə istədiyi qədər də olmasa, nisbətən arıqladığını deyib:
 
"Hər kəs mənə arıqladığımı deyir, çox sevinirəm. Sözün düzü, xüsusi pəhriz saxlamamışam, heç idmanla da məşğul deyiləm. Yay fəsli olduğundan yeməyimi bir qədər azaltmışam".
 
Bu günlərdə nənə olan sənətçi gəlinindən də danışıb:
 
"Qayınanalıq eləmirəm, çünki gəlinim yaxşı gəlindir. Bir ovladım olduğu üçün bərabər yaşayırıq. Nənə olmağın ləzzəti ayrıdır. Cavan nənəyəm, bundan gözəl nə ola bilər?"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.