Şou-biznes

Gülay klipində tərəfmüqabili istəmir. Səbəbi... - FOTO

29 Avqust 2015 12:40
24 Şərh     Baxış: 4 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Gülay Zeynallı sözləri Qənirə Paşayevaya, musiqisi isə Aynur Adilqızına aid olan "Sevgilim" adlı mahnıya klip çəkdirib.

Milli.Az xəbər verir ki, o, publika.az-a açıqlamasında bildirib ki, "Sevgilim" adlı həzin mahnısı hələ heç yerdə səslənməyib. Mahnı tamaşaçıya kliplə birgə sentyabr ayında təqdim ediləcək.
                 
Gülay Zeynallının retro tərzində çəkilən yeni klipində tərəfmüqabili olmayacaq. Bunun səbəbini müğənni  klipdə süjet xəttini sevmədiyi və sakit bir klip istəməsi ilə əlaqələndirib.
 
Bir çox müğənnilərdən fərqli olaraq, Gülay Zeynallı yeni klipini yerli rejissora - Samirə Xasməmmədovaya həvalə edib:
 
"Samirə xanım əjdaha kimi rejissordur, onun işini çox bəyənirəm. Ona görə də xarici rejissorlara müraciət etməyə ehtiyac görmədim".
 
G.Zeynallının sözlərinə görə, hazırda həm də albom üzərində çalışır. Müğənninin yeni albomu İstanbulda hazırlanır. Gülay Zeynallı konsert verməyi planlaşdırdığını da söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.