Şou-biznes

Sevda üsyan etdi: "Anamı mən öldürdüm"

28 Avqust 2015 19:38
80 Şərh     Baxış: 13 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təzəlikcə anası rəhmətə gedən ifaçı Sevda Sanaliyeva hələ də depressiyadadır.

Milli.Az xəbər verir ki, ATV.az-a danışan ifaçı anasının ölümündə özünü günahkar bildiyini açıqlayıb. Neçə vaxtdır özünə gələ bilməyən S. Sanaliyeva problemlərindən danışıb:

"Məni heç kim başa düşə bilməz. Mən anama dedim ki, gəl əməliyyat edək. Adi bir fincan suyu sona kimi içə bilmirdi. Fincanın üçdə biri qədər su içirdi, çox pis olurdum. Ona dedim ki, əməliyyatdan sonra daha yaxşı olacaqsan, düzələcəksən, sağalacaqsan. Ancaq olmadı... Anam elə əməliyyatda keçindi. Anamı mən öldürdüm. Əgər mənim oğlum mənə belə bir şey etsəydi, düşünmürəm ki, mən onu bağışlayardım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.