Şou-biznes

Azərbaycanlı aktirsa-model ərindən ayrılma xəbərindən danışdı: "9 aydır görüşmürük"

28 Avqust 2015 17:41
20 Şərh     Baxış: 9 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Model Minarə Allahverdiyeva prodüser həyat yoldaşı Cenk İçtənlə ayrılma xəbərlərinə aydınlıq gətirib. 

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən model 9 aydır görüşmədiklərini bildirib:

"Cenk hazırda Türkiyədədir. Dekabrdan bu yana orada işləyir. Mən onunla gedə bilmədim, çünki işlərim var. Burada çalışıram. Heç yay ərəfəsində də imkan tapıb nə o gələ, nə də mən gedə bilmədim.

Ayrılmamışıq, münasibətlərimiz yaxşıdır, danışırıq. Sadəcə, 9 aydır bir-birimizi görə bilmirik. Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Belə hallarla gündəmə gəlmək xoş deyil".

Qeyd edək ki, Cenk və Minarə cütlüyü 2014-cü ilin fevralında ailə qurub. Cütlüyün Məryəm Nur adlı bir qızı var. Bu hər iki tanınmışın ikinci evliliyidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.