Şou-biznes

"Millət vəkili seçilsəm, şou-biznesdə qayda yaratmağa çalışacam"

28 Avqust 2015 16:12
67 Şərh     Baxış: 2 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili seçiləndən sonra şou-biznesdə qayda yaratmağa çalışacam.

Bu sözləri lent.az-a bu il  millət vəkilliyinə namizədliyini irəli sürəcəyini bəyan edən əməkdar artist Elza Seyidcahan deyib. O bildirib ki, həmişə şou-biznesdə nümunə olmağa çalışıb: "Mən bu sənətə gələn gündən heç bir zaman gənclərin tərbiyəsini pozmamışam.

Reklam üçün xoşagəlməz hərəkətlər etməmişəm. Əgər millət vəkili seçilsəm, ilk işim şou-biznesi qaydasına salmaq olacaq. Hamı görür ki, şou ailəmi hazırda nə vəziyyətdədir. Hər zaman gözlədim ki, bizim sənətkarlarımız şou-biznesi qaydaya salsınlar. Amma təəssüflər olsun ki, şou-biznesi çaxnaşmaya salan məhz o sənətkarlardır. Qruplaşmalar yaradırlar. Bütün günü otururlar evdə, zəng edib deyirlər ki, filankəsin tədbirinə getmə.

Gözləyərdim ki, o sənətkarlar sülh yaratsınlar. Gənc olsam da, mən yaradacam. Belə bir deyim var ki, ağıl yaşda deyil, başdadır. Sevinirəm ki, gənc də olsam, Allah məni müdrik yaradıb. Heç bir zaman millət vəkili olmaq iddiasında olmamışam. Sadəcə, ötən il barəmdə xoşagəlməyən sözlər yayıldı. Ona görə də söz verdim ki, millət vəkili seçkilərində iştirak edəcəm. Hamı bilir ki, hər zaman öz bildiyimi və dediyi edənəm. Yeni Azərbaycan Partiyasının üzvü kimi namizədliyimi verəcəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.