Şou-biznes

Sosial şəbəkədə Röyanın yeni VİDEOsu yayıldı

27 Avqust 2015 14:53
21 Şərh     Baxış: 7 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Röya Ayxanın sosial şəbəkədə yeni videosu yayılıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Sizinəm" adlanan çarxda sənətçi özü ilə bağlı maraqlı açıqlamalar verib:

"Soruşsalar ki, "Özündən məmnunsan?" Yox deməzdim, Allaha acıq gedər. Özümdən razıyam, çünki hər şeyin öhdəsindən tək gələ bilən qadınam. Deməzdim məni az sevənlərlə çox sevənlər bərabərdir. Sevənlərim daha çox oldu. Konsertlərimin sayını itirmişəm. Bəyənən də olub, bəyənməyən də. Bir insan axıra kimi yarıya bilməz. 2005-ci ildən bu yana Heydər Əliyev Sarayı üzümə qapılarını açıb. Görüşümə minlərlə insan gəlir. Hər dəfə fərqlənməq istəmişəm və bacardığım qədər də bunu edirəm. Mən Röya olmağa çalışarkən, musiqiləri dinləyib, onlardan həzz alıb, özümə bəstələr sifariş vermişəm. Bu gün Röya olmağımda mənə kömək edən qüvvə məni sevməyənlər olub. İndi onlar görünmür, istəyənlər onların üstündən keçib". 

Video çarxda xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Murad Dadaşov, müğənni Zamiq Hüseynov, ifaçının qardaşı İsmayıl Nəcəfov da onunla bağlı fikirlərini bölüşüb.

M.Dadaşov "Röyanı anlamaq üçün onu sevmək lazımdır", - bildirib.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.