Şou-biznes

Azərbaycanlı ifaçı İbrahim Tatlısəsi heyran etdi - VİDEO

27 Avqust 2015 13:00
28 Şərh     Baxış: 15 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "TV8" telekanalında yayımlanan "Rising star" musiqi yarışmasına qatılan azərbaycanlı müğənni Rəşad Altınsəs ifası ilə hər kəsi təəccübləndirib. 

Axşam.az-ın məlumatına görə, İbrahim Tatlısəsin pərəstişkarı olan Rəşad onun "Ben insan deyilmiyim" mahnısını oxuyub. 

Hər kəsi heyran edən Rəşad üçün canlı yayıma Mayamidə olan Tatlısəs də qoşulub. O, münsif kürsüsündə əyləşən Demet Akalına zəng vuraraq, Rəşadla bağlı fikirlərini bölüşüb:

"Çox gözəl oxudu. Uğurlar arzulayıram". 

Fuat Güner Azərbaycanla bağlı bunları deyib:

"Azərbaycan musiqiyə dəyər verən ölkədir. Firuz İsmayılov dostumdur. Mənə demişdi ki, orada insanların yarıdan çoxunun evində piano var. Belə ölkədən istedadlı səslər çıxar".

Gülbən Ərgən "Veriliş apardığım dövrlərdə xəstə övladı olan ailələrə Azərbaycandan çox yardım aldım. Biz qardaş ölkəyik" deyə bildirib.

Qeyd edək ki, yarışmanın münsifləri müğənni Mustafa Sandal, Gülbən Ərgən, Fuat Güner və Demet Akalındır.

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.​

фото

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.