Şou-biznes

"Allah balanızın sağlığını alıb, balama versin"

26 Avqust 2015 13:35
205 Şərh     Baxış: 34 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatirə İslam onu toya baha qiymətə getməkdə ittiham edənlərə cavab verib.

Mili.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə yazıb: 

"Mən başa düşə bilmirəm ki, sosial şəbəkədə bizi tənqid edənlərin işi-gücü yoxdur? Allah istəməsə, ağacdan bir yarpaq düşə bilərmi? Deməli, Allah istəyir ki, kimsə ayda 100 min manat, kimsə 10 min manat yesin. Gəlin Allahın işinə burnumuzu soxmayaq. Çox pulun dərdi çoxdur, yəqin sizin gücünüz 100 manat qazanacaq qədərdi. Başqa müğənniləri deyə bilmərəm, amma mən istəyərdim ki, Allah mənim 10 minlərimi alıb bizi tənqid edənlərə versin.

Amma sizin bütün sağlamlığınızı mənə versin. Balanızın sağlamlığını da balama versin. Razı olardınız? Dərin düşünün, mən razıyam. Futbolçularımız, həkimlərimiz var ki, milyon qazanır. Allah kimin nəyi varsa, özünə versin. Bu müğənnilərdən nə istəyirsiz? Vallah düz deyirəm. Bizdə milyonçu müğənni yoxdur, hamısı şoudur. Nə qədər pulumuzu sayacaqsız, biz artmayacağıq. Axırda da əsəbdən, stressdən xəstəlik tutacağıq və sonda öləcəyik". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.