Şou-biznes

Eldar erotik klipindən danışdı: "Təhqirlərə əhəmiyyət vermirəm" - VİDEO

24 Avqust 2015 14:02
33 Şərh     Baxış: 4 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision 2011" qalibi Eldar Qasımov açıq-saçıq "Canım" klipi ətrafında gəzən söz-söhbətlərə son qoyub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Onlar"a açıqlamasında ünvanına deyilən təhqirlərə əhəmiyyət vermədiyini bildirib:

"Hər bir insanın öz fikri var. Yaxşını da, pisi də qəbul edirəm. Bunu təkcə Azərbaycan tamaşaçısı üçün çəkdirməmişəm. Məni sevən insanlar üçün etmişəm. Gözəl bir ekran işi alınıb. Hələ 2011-ci ildən özümə söz vermişəm ki, nə yaxşı, nə də pis şərhləri oxuyum. Sosial şəbəkələrdə olanlara fikir vermirəm. Bu klipdə də məntiq, şəxsi yanaşma var. Bu, mənim təcrübəmdə yenilik, düşünülmüş addım idi. Əslində, beş dinləyicim olsa da, keyfiyyətli olsun. Onlar mənim dünyaya baxışımın dostlarıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.