Şou-biznes

Azərbaycanlı biznesmenin qızı: "Başıma ayaqqabı vurur, rəflərimi dağıdırdılar" - VİDEO

24 Avqust 2015 12:12
36 Şərh     Baxış: 5 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yayımlanan "İşte benim stilim" yarışmasının azərbaycanlı təmsilçisi Sima Şərafətdinova "Onlar"a açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, model yarışmadan uzaqlaşmasından, orada rastlaşdığı saxtakarlıqlardan bəhs edib:

"Yarışmaya getmədim. Məhkəmə ilə müqaviləni geri qaytardım. Heç bir təzminat da ödəmədim. Atam dedi ki, yarışmadan çıx və narahat olma. Çünki onların müqaviləsi o qədər də ciddi deyildi. Yarışmada məni çox incidirdilər. Başıma ayaqqabı vurur, rəflərimi dağıdırdılar. Zeynəb adlı iştirakçının mənə ayaqqabı atmasından sonra oradan uzaqlaşdım. Həmin hadisəni Nur Yerlitaş gördü. Mən də həmin an Zeynəbi təhqir etdim. Bu normal idi. O da mənə hədə-qorxu gəlməyə başladı.

Yaradıcı heyətə dedim ki, "Ya Zeynəb, ya mən". Onlar da razılaşmadı. Hətta məndən Zeynəbdən üzr istəməyimi də tələb etdilər. Amma ona başıma ayaqqabı atdığına görə, heç bir söz demədilər. Orada baş verən hadisələrin hamısı əvvəlcədən düzüb-qoşulurdu. Hansı iştirakçının çıxacağı belə əvvəlcədən planlaşdırılırdı. 8 həftə yarışmada qaldım. Sonuna qədər qalsam, birinci olardım. Çünki hamısından məşhur mən idim. Ezgi birinci oldu, amma heç kimin ürəyincə nəticə deyildi".

Sima yeni planlarından da bəhs edib:

"Məşhurlarla çalışan bir menecerlə işbirliyinə başlamışam. Hədəfim filmdə, serialda çəkilməkdir. Aktrisalıq dərsləri də alıram. Yaxın günlərdə tamaşaçılar məni serialların birində görə biləcəklər".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.