Şou-biznes

Röyanın "razborka" məsələsi yenidən gündəmdə - VİDEO

22 Avqust 2015 17:35
31 Şərh     Baxış: 7 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Röya Ayxan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına hüqüq müdafiəçisi Adəm Məmmədovdan şikayət edib.

AzNews.az-a daxil olan məlumata görə, buna səbəb vəkilin Röya Ayxanın "İnstagram"da onu təhqir edən Elnur Orucov adlı şəxslə arasında olan "razborka"nın gizli yolla çəkib, internetdə yaydığı qanunsuzluğu ictimailəşdirməsi olub. 

Qeyd edək ki, vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb.

Hüquq müdafiəçisi Müzəffər Baxış həmin vaxt açıqlamasında müğənniyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla biləcəyini və bu özbaşınalığa görə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözlədiyini qeyd etmişdi.

Hər iki vəkilin bu açıqlaması müğənniyə xoş gəlməyib. Odur ki, Röya Ayxan Vəkillər Kollegiyasına müraciət edərək vəkillərin cəzalanmasını tələb edib.

Röya Ayxanın prodüseri Kənan Bayramov AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib: 

"Biz Vəkillər Kollegiyasına şikayət etdik. Bu məsələlərə kollegiya baxır. Tələbimiz məsələni araşdırmadan Röya xanımı günahlandıranların cəzalandırılmasıdır. Həmin məsələdə Röya xanım ilə bağlı məsələni kim qaldırıbsa, bilməyə-bilməyə danışıbsa, yazıbsa, onun adı şikayət ərizəsində var. Ortada nə məhkəmə var, nə şikayətçi. Amma biri düşüb ortaya, artistlik edir". 

Xatırladaq ki, Röya Ayxan "İnstagram"da onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Müğənni polisə müraciət edərək Elnuru tapıb. Daha sonra onu cinayətkar aləmin nümayəndələri kimi sorğulayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.