Şou-biznes

Azərbaycanın ən yaraşıqlı gənci seçildi - FOTO

5 Avqust 2015 10:32
44 Şərh     Baxış: 11 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişi modellər arasında keçiriləcək "Mister İnternational" gözəllik müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı artıq bəllidir.
Milli.Az Lady.Day.Az-a istinadən bildirir ki, bunu "World Beauty Congress"-in Cənubi Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev deyib.
Onun sözlərinə görə, "Mister İnternational"da ölkəmizi 190 sm boya malik 24 yaşlı model Nihad Quliyev təmsil edəcək.
"Nihad noyabrda Filippinə yollanacaq. O, hazırda müsabiqəyə hazırlaşır. Ötən il bu müsabiqəyə qatılmış Əli Zahirli "Best National Costume" nominasiyasında qalib gəlmişdi", - A.Məmiyev deyib.
"World Beauty Congress"in beynəlxalq direktoru Zamir Hüseynovdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.