Şou-biznes

Tanınmış aktyor: "Mən o qadının atası deyiləm"

4 Avqust 2015 12:54
24 Şərh     Baxış: 10 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kristal" qrupunun rəhbəri Mədinə Məlikin tanınmış aktyor Şamil Süleymanlının qızı olması ilə bağlı söylədiklərinə qarşı tərəfdən cavab gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ş.Süleymanlı prodüserin onun qızı olmadığını bildirib: 

"Bir dəfə də olsun Mədinəni adı ilə çağırmamışam. Həmişə ona "qızım" deyirəm, onunla fəxr edirəm. O isə məni "atam" deyə çağırır. Mədinəni üzdən mənə oxşadanlar var. O, məni sadəcə olaraq sosial şəbəkədə təbrik edib, xəstəxanada olanda tez-tez mənə zəng edirdi. Mədinə kimi qızı olmaq pisdir? Mən Mədinənin bioloji atası deyiləm". 

Xatırladaq ki, prodüser sosial şəbəkədə Milli Kino Günü münasibəti ilə aktyoru "ata" adlandıraraq təbrik edib: "Atam, canım, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin".
 
Daha sonra Mədinə saytımıza açıqlamasında həqiqətən də Şamil Süleymanlının qızı olduğunu qeyd edib: 

"Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.