Şou-biznes

Aygünlə Röyanın seçimi eyni oldu

3 Avqust 2015 17:22
27 Şərh     Baxış: 4 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova və müğənni Röya eyni gündə konsert proqramı ilə çıxış edəcəklər.

Publika.az xəbər verir ki, hər iki müğənninin konserti avqustun 21-də gerçəkləşəcək. Eyni günə təsadüf etsə də, konsert üçün ayrı-ayrı məkanlar seçilib.
 
Qeyd edək ki, bu, ilk hal deyil. Artıq bir neçə dəfə eyni gündə konsert proqramı ilə sevənlərinin görüşünə çıxan ulduz müğənnilər hətta avqust ayında da rəqabətdən çəkinmirlər. Qeyd edək ki, bu ayda bir sıra ifaçılar konsert proqramı ilə çıxış etsələr, çalışırlar ki, konsertləri eyni günə təsadüf etməsin. Çünki bu, biletlərin satışına mane olur və tamaşaçıları seçim qarşısında qoyur.
 
Deyəsən, hər iki ulduz kifayət qədər sevənlərinin olduğuna və onların fikirlərinin haçalanmayacağına əmindirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.