Şou-biznes

Qızı Rəqsanənin aldığı avtomobili qaytardı - FOTO

3 Avqust 2015 13:55
90 Şərh     Baxış: 9 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun anasının ad günündə ona bağışladığı avtomobilin aqibətindən danışıb.

Axşam.az-a açıqlama verən Aysun maşını qaytardığını bildirib:

"Onsuz, Bakıda yaşamıram. Uzun müddətdir ki, Türkiyədə qalıram. Anam pulları əziyyətlə qazanır. Niyə boş yerə maşın alıb, həyətdə qoyum ki? Qaytardım. Evdə iki avtomobil var. Bakıya gələndə ondan istifadə edirəm. Amma anamdan mənə Türkiyədə maşın almasını istəmişəm".

A.İsmayılova qardaş ölkədəki işlərindən də bəhs edib. O, Türkiyədə reklam təklifi aldığını bildirib:

"Geyim, kosmetik vasitələrin reklamına çəkilmək təklifi almışam. Qonorar qane etsə, razılaşaram. Mənim orada prodüserim var. Heç bir qiymətə qarışmıram, necə istəyir, edir. Bir serial təklifi almışdım, həftəyə 20 min avro verirdilər. Amma elə oldu ki, müqavilədəki bəzi şərtlərə görə razılaşmadıq. Çox əziyyətli işdir. Hamı bunun öhdəsindən asanlıqla gələ bilməz".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.