Şou-biznes

Bəhram Bağırzadə ilə FOTOSÖHBƏT

3 Avqust 2015 13:31
3 Şərh     Baxış: 5 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az modern.az-a istinadən  "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Komandasının (ŞHK) üzvü, şoumen Bəhram Bağırzadə ilə fotosöhbəti təqdim edir.

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası isə teatr rejissorudur.

1991-ci ildən "Bakılı oğlanlar" ŞHK-nin üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır.

Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalareya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubu yarışlarında "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda MDB məkanında 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və 20-ci əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülüb.

Ailəlidir, iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.