Şou-biznes

Müşfiq Şahverdiyev evlənməməsinin səbəbini açıqladı

1 Avqust 2015 12:30
69 Şərh     Baxış: 12 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumorist Müşfiq Şahverdiyev evlənməməsinin səbəbini açıqlayıb.

Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, 31 yaşlı aktyor "Star life" verilişinə açıqlamasında xanım seçə bilmədiyini deyib: 

"İnsanın dünya görüşü artdıqca ailə saxlamağa və ailənin problemlərini həll etməyə hazır olur. Yaş artdıqca insan kaprizli olur, seçim etmək çətinləşir. Anam, qohumlarım toylardan şəkil göstərirlər ki, evlənmək üçün qız bəyənim, hələ ki, bəyəndiyim qız olmur.

Bu yaşdan sonra universitet qabağında dayanıb qız bəyənə bilmərəm. Qismətin ixtiyarına buraxmışam. Hər yaşda sevmək mümkündür, sevgisiz ailə qura bilmərəm. Sırf evlənmək xətrinə ailə qura bilmərəm. Xasiyyətim çətindir. Anam deyir ki, xasiyyətinə görə sənin üçün qız seçmərəm. Özün bəyən, evlən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.