Şou-biznes

Müğənni ilə şair arasında mübahisə: "Siz məni alçaldırsınız"

31 İyul 2015 17:43
27 Şərh     Baxış: 6 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space"də yayımlanan "Görüş yeri" verilişində gərgin anlar yaşanıb. 

Milli.Az axşam.az-ın məlumatına görə, müğənni İlhamə Qasımova ilə şair Anar Amin arasında mübahisə düşüb. 

Şair sənətçinin əcnəbi dildə ifasını birmənalı qarşılamadığını deyərək, ona irad bildirib:
 
A.Amin "Öz yaşıdlarınız olan gənc şairlərə müraciət etsəniz, daha yaxşıdır" sözlərindən əsəbləşən İ.Qasımova ona sərt cavab verib:

"Siz mənim yaşıdım olub, istəklərimi yerinə yetirə bilməzsiniz. Müasir tərz var ki, siz onu bilmirsiniz. Sizin danışığınızdan başa düşdüm ki, bildiyiniz nədir. Elə sözər var ki, onun Azərbaycan dilində sinonimi yoxdur".

Şair ifaçıya "Siz məni alçaldırsınız" deyə sərt reaksiya verib. 

İ.Qasımova "Mən heç kimi alçaltmıram. Siz bu cür danışa bilməzsiniz. Mən müğənniyəm, səsimi sizdən çox yüksəldə bilərəm" deyərək onun sözünü kəsib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.