Şou-biznes

ŞOK İDDİA: "Azərbaycanda qız arxasına yastıq, sinəsinə salfetka qoyub model seçildi" - FOTO

31 İyul 2015 14:32
30 Şərh     Baxış: 15 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Geccə.az Türkiyədə fəaliyyət göstərən azərbycanlı model Könül Əzizova ilə müsahibəni təqdim edir. 

- Bayaq söhbət əsnasında mətbuat katibiniz də maraqlı bir söz dedi. Dedi, sən Azərbaycanda nə gəzirsən? Məncə də, Türkiyə kimi model sektorunun yüksək inkişaf etdiyi ölkəni qoyub gələn adam ağıllarda sual işarəsi yaradır. 

- Axı mən bura işləmək üçün gəlməmişəm. Ailəmi, 8 ildir görmədiyim, daha doğrusu, az gördüyüm doğmalarımı uzun müddətli görmək istəyirəm. 

- Amma Azərbaycanda tanınmağa meyllisiniz...

- 8 ildən sonra. O da ki dostlarımın təkidi ilə. Hamı deyir, Könül, orada o qədər işlər görmüsən, niyə çəkilib kənarda durmusan? Mənim də ağlıma batıb. Amma ümumiyyətlə mən özümü gözə soxan insan deyiləm. 

- Model dediyin elə göz önündə olan adamdır. Özünü gözə soxmalıdır da... Türkiyəyə necə getdiniz. Bizim orada fəaliyyətdə olan modellərimiz var. Hərəsinin də özünün bir hekayəsi var. Sizdə necə oldu? 

- Onu deyim ki, mənim modelliklə heç bir əlaqəm olmayıb. Universiteti bitirib Mədəniyyət və Turizm idarəsində turizm sektoru üzrə çalışmışam. Ekranlara isə ilk dəfə o vaxt Azərbaycanda "Yol" filmi çəkilirdi, orada rol almaqla tanış oldum. Məni rejissor görüb bəyənmişdi. Ardınca bir neçə reklama çəkildim. Sonra Türkiyəyə getdim, oradakı çevrəm boy-buxunuma görə mənə məsləhət gördü ki, qalıb elə onlarla işləyim. o vaxt bu vaxtdır, işləyirəm.

- Amma Türkiyədə modellərin tanınması çox asandır. 

- Siz mətbəxi mənim qədər bilmirsiniz axı. Orada bilirsiniz nə qədər tanınmayan və əla pul qazanan modellər var? İşini görür, vəssalam. Mən ora pul qazanmağa getmişdim. Mən də o peşəkarlar kimi dayanmadan işləməyə üstünlük verdim. 

- İndi nə edirsiz? 

- Modellik də bir yerə qədərdir. Gələcəkdə bu işə son versəm, hər hansı bir işlə məşğul olmaq üçün adımı tanıtmalıyam. Bu model biznesi və ya sadə biznes də ola bilər. 

- Neçə vaxtdır buradasız?

- 8 aydır.

- Bəs işsiz-gücsüz necə dolanırsız?

- Bəs bu illər ərzində dayanmadan işləmişəm. Onları xərcləyirəm. 

- Bayaq dediniz ki, modellər piara pul xərcləyəndə az qazanırlar. Əksinə piar onlara ekstra pul gətirir. Bu musiqi, kino, teatra tramplin olur. 

- Dediyiniz məşhurların sırasında o qədəri var ki, ünlü adların dəfiləsində pulsuz işləyirlər. Hər şey uzaqdan parlaq görünür. Aralarında pul alanlar da var, almayanlar da var. 

- Bəs siz hansı məşhurlarla işləmisiniz?

- Daha çox Muhammer Kətancı ilə. Moda sektorunun divlərindəndir. Çox məşhurdur. İllərdir ki, çalışırıq. 

- Bəs neçə vaxtdır burdasınız. Orada unudulmaqdan qorxmursunuz? Sizin işləri başqaları görə bilər.

- Yox, əsla. Dediyim kimi, orada mənim öz çevrəm var. Heç vaxt agentliklərlə faizlə işləməmişəm. Sağ olsun əməkdaşlıq qurduğum insanlar, həmişə birlikdə işləyirik. 

- Model olmaq üçün sürüşkən, çətin yol keçməlisən...

- Baxır nəyə, hansı pilləyə görə... Çox şükür, o yollardan keçməmişəm. Mən çox şeylər danışa bilərəm, amma qorxuram. İstəmirəm belə söhbətlərlə qalmaqala imza atım. Hədiyyələr göndərən olub... Amma... istəməmişəm də... Bilirsiz o dedikləriniz harada olur? Ən çox yarışlarda. Bizim işimiz nədir ki, gəlib geyinirik, nümayiş etdirib paltarı çıxarıb gedirik... Amma yarışlarda... İndi bunu deyəcəm, başım ağrıyacaq. Lakin hamı da bilir ki, dediyim həqiqətdir. Qalib gəlmək üçün ya gərək pulun ola, ya da arxanda adam olsun ki, irəlidə olasan. Mən də yarışlarda olmamışam. 

- Amma yarışlar professionallığa addımdır.

- Mən gözümü açıb özümü işin ortasında görmüşəm. Nəyimə lazımdır saxta yarışlar? Validə Abbasova gündəmdədir. Bir yarışda olub. Onu model sektorunda görmüsüz? Onun məqsədi ayrı olub. Tanınıb, vəssalam. 

- Validənin qadın gözəlliyini nümayiş etdirmək üçün şansı olub və imkanı da çox yaxşıdır. 

- Mənim ehtiyacım yoxdur, halal qazancım bəs edir. 

- Buradakı piar təsirini göstərir? 

- Hə, göstərir. Elə təkliflər almışam ki... ( Gülür) Heç biri ilə də razılaşmamışam. Ay qurban olum, mən 50 manata niyə podiuma çıxmalıyam? Səhərdən-axşama kimi 50 manat... Münsif kimi iştirak etmişəm. Elə qızlar görmüşəm ki, o qızların əlinə su tökə bilmərəm. Özlərini 50 manatla həlak ediblər. 

- Maraqlıdır e, sənəti sevirsiz? 

- Burada sevmirəm. Türkiyədə gəlib məni görün. Burada necə sevim axı... Burada modellikdən uzaq bir işdə çalışa bilərəm. Beynimdə çox fikirlər var. Azərbaycanda model olmaq üçün həvəssizəm. Elə şərhlər yazırlar, elə yanaşırlar ki, adam iyrənir. İçlərində nə bilim ee... Nə deyim, bu ölkədə, bu biznesdə görünmək istəmirəm. Açığı, ehtiyatla danışıram. Qorxuram hər hansı kəlməm başlığa çıxar, yenə ağzıgöyçəklər başlayar... Biri var, model kimi baxalar, biri də var... Sən niyə beynində düşündüklərini mənim haqqımda yazmalısan... Axı dövr dəyişib... Mən yadımdadır, biz uşaq olanda dənizə gedirdik, orada 80 faiz insan gecəliklə çimirdi. İndi görə bilərsiniz?

- Axı 8 il əvvəl modellərə daha pis baxırdılar.

- Amma mən Türkiyədə başlamışam. Burda yox... Orada normal baxırlar. Gör neçə il keçib, insanlar qəbul edə bilmirlər. Səbəbi aydındır. Dırnaqarası modellərə görə. Var bəziləri, model adı ilə gəlib hər hoqqadan çıxır, bizim əməyimizi də puç edirlər. Mən nə qədər alın tərimlə qazanıb işimin haqqından gəlsəm də, bilirəm ki,insanlar haqqımda fikirlərini dəyişməyəcəklər. Yarışlara gedirsən, baxırsan ki, budur model? Siz də məni bağışlayın...

- Nə vaxtadək burada qalmaq istəyirsiz?

- Müvəqqəti buradayam. Amma bu aylarda çox yoruldum. İnsanlarımız niyə belədir? Dar düşüncəlidirlər. Onlara maraqlı gəlırəm, amma yenə pis söz tapıb yazırlar. Çıxıb çadrada gəzim modeləm? O da var. Tv8-də çıxıb hicablı geyim də nümayiş etdirmişəm. Ay balam, sevirəm də bu sənəti, sənə nə?! Bəlkə, sənin ailənə girsəm... Nə isə dərinliyə getmək istəmirəm... Ağır şeylər çıxar ortaya...

- İnsanlar düzəlməyəcək, çünki sevgi azalır, aqressiya çoxalıb. Bəlkə, Azərbaycanda daha az qınanılan bir işlə məşğul olasınız. Serial ola bilər?

- Hansı seriallar? Hansı ki, qarnımı tutub gülürəm? Bilmirəm... Bu sənət, aktrisalıq, modellik bu sahədə özümü göstərmək istəmirəm. Kinoda isə gərək özümü əvvəl özümə sübut edim. 

- Buradakı məşhur modellərdən kimi tanıyırısız?

- Kimlər var ki? Tanımıram... Münsif olmuşdum. Model olmaq üçün qızlar gəlirdi, arxalarında "poduşka" qoyan qızlar gəlmişdi. Silgi var e, o vaxt məktəblərdə olurdu, bax elə bir şey... Mini paltar geyinib, altdan da onu qoyub. Sinəsində salfet qoyub... Başımı stolun altına soxub özümü gülməkdən saxladım... O qızı seçdilər... O qədər şeylər var ki, danışıb özümü ifadə edə bilmirəm... Azərbaycan model piarı budur: kişilərə işləmək... İnstagram-da izləyicilərimin sayına baxın... Çox az... Çünkü səhifəmdə açıq bazar yoxdur... 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.