Şou-biznes

Məşhurların problemləri - SORĞU

30 İyul 2015 15:18
2 Şərh     Baxış: 1 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman deyib gülən, şən görüntüləri ilə diqqət çəkən sənət adamları bu dəfə problemlərindən söhbət açıb.

Qafqazinfo-nun sənət adamlarına ünvanladığı "Tanınmışların hansı problemləri var?" sualına cavab verən məşhurların bəziləri problemlərinin olmadığını bildirsə də, digər sənət adamları maddi və psixoloji problemləri olduğunu vurğulayıblar:

Xalq artisti Flora Kərimova: "Böyük bir problemim yoxdur. Bəzi sənət adamları paxıldır, gecələrini gündüzlərinə qatırlar ki, kiməsə zərər gətirsinlər, hansısa mövzu haqda danışsınlar, götür-qoy etsinlər. Bəzi sənət adamları isə çörək pulu dalınca gəzirlər, onların problemləri olur. Bilmirəm ki, kim sənət adamlarının dərdi, problemi olmadığını düşünür. Bəlkə də sənət adamının digərlərindən çox problemi var. Bu problemlər bəzən çözülməz həddə olur. Bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Sənət adamı həm də vətəndaşdırsa, Qarabağ problemindən başqa problemi dilinə gətirməz. Bu ağrını birinci dilə gətirməlidir. Həlli olan problemlər dilə gətirilməlidir. Həlli olmayan problemi dilə gətirib, düşmən sevindirmək lazım deyil".

Xalq artisti Canəli Əkbərov: "Allaha şükür olsun ki, heç bir problemim yoxdur. Bunun üçün birinci dövlətimə, ikinci ağlıma minnətdaram".

Xalq artisti Faiq Ağayev: "Mənə anam-atam uşaqlıqdan öyrədiblər ki, problemin olanda həll et, bu haqda danışma. Ona görə də problemlərim haqda danışmağı sevmirəm. Hər zaman həll yollarını axtarıram".

Müğənni Sevda Yahyayeva: "Hazırda böyük bir problemim yoxdur. Məni narahat edən bir məsələ var ki, o da sənətimlə bağlıdır. Bəzən dinləyicinin müğənnidən hansı performans gözlədiyini anlamaq olmur. Bax məni son zamanlar narahat edən səbəb budur. Bu, nəinki mənim, digər ifaçıların da əsas problemidir. İndi bilmək olmur ki, tamaşaçı üçün nə maraqlıdı? Tamaşaçını təəccübləndirmək çox çətinləşib. Təqribən 3-4 il öncə insanların marağını cəlb etməyin yolunu müəyyənləşdirmək olurdu, ancaq indi bunun üçün uzun müddət düşünmək,diqqətli olmaq, müşahidə etmək və qərar vermək lazımdır".

Rəqqasə Aytən:"Heç kim deyə bilməz ki, problemim yoxdur. Hər kəsin öz yaşantısına görə problemləri var. Problemsiz yaşamaq düzgün deyil. Çox insanlar fikirləşir ki, sənət adamlarının imkanı var. Mənim haqqımda da deyiblər ki, evi, maşını var, Türkiyədə özünə şərait qurub. Geyinib-keçinib çölə çıxır, dərdi-səri yoxdur. Şou adamlarının dərdi olan qədər, bəlkə də, adi insanların dərdi yoxdur. Şəxsi həyatda heç bir problemim yoxdur, Allaha şükür hər şey qayıdasındadır. Maliyyə problemim var. Bir də Türkiyə ilə bağlı problemim var, o da xırda məsələdir, həll olacaq".

Müğənni Sevinc Ağaşirinova: "Maddi problemlərlə yanaşı psixoloji problemlərim də olur. Müğənni olduğum üçün hər zaman diqqət mərkəzindəyəm. Hər  zaman məcburam ki, canım ağrısa da, səhnədə yaxşı, problemsiz görünüm. Bütün  sənət adamları bu psixoloji durumu yaşayır. Elə olur ki, oturub tək ağlıyıram. Bizim camiədə olanlar bunları bilir. Müğənnilərin maddi problemləri olsa da, kənardakılar elə bilir ki, biz zənginik. Bizi ancaq şou-biznesin içində olanlar başa düşər".

Müğənni Sevda Sanalıyeva: "Biz insanların düşündüyü kimi milyonlar qazanmırıq. Bizim də problemlərimiz, dərdlərimiz olur. Hər zaman yaşadığım günə şükür edirəm. Problem ömrümüzün axırına kimi bizimlədir. Allah deyib ki, səndən hərəkət, məndən bərəkət. Allaha şükür böyük problemim yoxdur. Çalışıram, zəhmətimlə puılumu qazanıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.