Şou-biznes

Əməkdar artist: "Nəyim varsa satacağam"

30 İyul 2015 14:07
23 Şərh     Baxış: 5 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman şou-biznesin ən varlı xanımları sırasında adı hallanan əməkdar artist Nüşabə Ələsgərli sosial şəbəkələrdə qınaq obyekti olub. Buna səbəb onun xərcəng xəstəliyindən əziyyət çəkən bacısı  ilə bağlı dedikləri olub. Belə ki, ifaçı mətbuata açıqlamasında bacısının dərmanlarının baha olduğunu və müalicə üçün imkanın çatmadığını söyləyib. Əməkdar artistin sosial şəbəkədəki izləyiciləri onu bacısına baxmamaqda ittiham ediblər.

Publika.az xəbər verir ki, ünvanına yazılan fikirləri oxuyan sənətçi  İnstagram bloqunda fikrinin düzgün anlaşılmadığını iddia edib.
 
"Mənə pis şərhlər yazanlara ayıb olsun! Başqa söz tapmıram. Mən müsahibəmin əvvəlində demişəm ki, sinif yoldaşım xəstədir. Kömək istəyir. Amma bizim də xəstəmiz olduğuna görə ona kömək edə bilmədim. Mən sağlamlıq sığortasından danışıram. Nə qədər insan xərçəngdən əziyyət çəkir. Mənə sual olundu ki, "kimdənsə kömək istəmisiniz?" Cavab verdim ki, yox. Nə lazım olsa, özüm edirəm. Artıq bir il yarımdır ki, xəstədir. Həm də kimdənsə kömək istəsəm, mənə ayıb olar.  Bəli, lazım olsa, nəyim varsa satacağam, sonadək mübarizə aparacağam. Amma mən bunu imkansız insanlar üçün demişdim. Onkoloji xəstəsi olanlar bilirlər, bu, necə çətindir.  Nə isə, oturub mənim pulumu sayanlar, gedin..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.