Şou-biznes

Afaq Gəncəli: "380 manat cərimə ödəmişəm" - FOTO

30 İyul 2015 13:59
37 Şərh     Baxış: 6 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-nin aparıcısı Afaq Gəncəli bu dəfə avtomobili ilə fotokameramız qarşısına keçib. 

Axşam.az-a açıqlama verən aparıcı özünü məsuliyyətli sürücü adlandırıb:

"Əla sürücüyəm, diqqətciləm. Qaydalara riayət edirəm. Hərdən çəkilişə tələsəndə bir balaca haşiyədən kənara çıxıram. Sürəti artırır, soldan-sağa keçib, tez çatmağa çalışıram. Təhlükəsizlik kəmərini mütləq taxıram, onsuz maşın sürmürəm. 7 ildir avtomobil idarə edirəm, cəmi bir dəfə güclü qəza törətmişəm. Onu da bütün Azərbaycan bilir. Əlim, qolum, barmaqlarım sınmışdı. İndiyədək də barmaqlarımda fəsadları qalıb. İki dəfə maşınımı dəyişmişəm. Sürəti çox sevirəm, amma lazım olan yerdə. Öz həyatımla yanaşı, başqalarını da düşünürəm. Kiməsə xəsarət yetirməkdən qorxuram. İki avtomobilimi də kreditlə almışam. Çox cərimə ödəyirəm. Ən çox 380 manat cərimə vermişəm. Ödədiyim pulları toplasam, maşınımın qiymətindən çoxdur".

A.Gəncəli sevdiyi avtomobil tipindən də bəhs edib:

"Açıq rəngli maşınları xoşlamıram. Qara, tünd göy rəngi sevirəm. Xəyalımda olan maşın var, amma onu nə vaxtsa almağı düşünmürəm. Maşınlarla bağlı məlumatım çoxdur. Avtomobil verilişinin ilk qadın aparıcısı olmuşam. Mənə ilk növbədə maşının keyfiyyəti vacibdir. Bahalığı önəmli deyil. Əsas odur ki, yapon və alman istehsalı olsun".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.