Şou-biznes

Elza Ülvira ilə dalaşıb studiyanı tərk elədi: "Çaşma" - VİDEO

30 İyul 2015 10:19
56 Şərh     Baxış: 19 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahanla aparıcı Ülvira Qarayeva arasında qalmaqal yaşanıb.

a24.az-ın məlumatına görə, "Evdəyik" verilişinin qonağı olan müğənni aparıcının ona "Maraqlı insan" deyə müraciət etməsinə əsəbləşib. 

Aqressiv reaksiya verən E.Seyidcahan Ü.Qarayevaya bunları deyib:

"Veriliş başlayan kimi xətrimə dəydin. Verilişdən gedərdim, amma telekanala hörmətim var. Mən maraqlı adam deyiləm. Nə qədər aparıcılarımıza xəbərdarlıq etməliyik? Ağıllı xanımsan, səni öyrətməyəcəm ki. Maraqlı insan başqadır, sənətkar başqa. Efirə gəldik, ruhumuzu öldürdünüz. Vaxtım olmayıb, bir neçə dəfə dəvət etmisiniz, verilişə gəlməmişəm. Sən veriliş aparırsan, nəsə etmək istəyirsən. Yerləri səhv salırsan. Çaşma. Çaşırsan, elə bilirsən, verilişinə gəlməmişəm deyə, belə edə bilərsən".

Daha sonra E.Seyidcahan studiyanı tərk edib.  

Təəccüblənən Ü.Qarayeva əməkdar artistə hörmət etdiyini bildirib:

"Siz bizim 76 dəfə ruhumuzu öldürmüsünüz. Dəvət etmişik, verilişə gəlməmisiniz. Gözümdən düşmürsünüz. "Maraqlı insan" dedim, küsdünüz? Mənim sizə hörmətim var. Təəssüf ki, verilişi tərk etdiniz. Azərbaycanda heç kimin etmədiklərini edib. Öz saç düzümündə, xarici görünüşündə, konsertlərində yenilikləri ilə fərqlənib. Kaş ki mənə "maraqlı insan" deyərdilər. Elza xanım getdi, onun şərəfinə bir tuş istəyirəm".

Ü.Qarayeva oynamağa başlayıb. 

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.