Şou-biznes

Aygün Kazımova Natavan Həbibiyə uduzmağını həzm etdi - FOTO

30 İyul 2015 09:43
31 Şərh     Baxış: 6 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Natavan Həbibi haqda dediklərini təkzib etdi

Milli.Az xəbər verir ki, uzun zamandır xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi arasında olan dava-dalaşa son qoyulub. 

İlk məhkəmədə uduzan xalq artisti hakimin qərarını qəbul etməyərək apellyasiya şikayəti vermişdi, ancaq buradan da əliboş çıxan Aygün Kazımova dediklərini təkzib etməli olub. 

Belə ki xalq artisti ötən gecə səhifəsində bu sözləri yazıb:

"Mənim canlarıma atəşli salamlar. Qeyd edim ki, mən öz səhifəmdə Natavan Həbibiyə erməni olduğunu demişdim. Lakin uzun sürən məhkəmə araşdırmalarından sonra məlum oldu ki, fikrim yanlışdır. 

Məhkəmənin qətnaməsini qəbul edərək, Natavan Həbibi barədə dediyimi təkzib edirəm.

Sizin Aygün Kazımova".

Cavan

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.