Şou-biznes

İlhamə Quliyevanın klinikada görüntüləri yayıldı - FOTO

29 İyul 2015 21:47
32 Şərh     Baxış: 9 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəyə səfər edən xalq artisti İlhamə Quliyeva məşhur estetik cərrah Həyati Akbaşı yaşadığı Samsunda ziyarət edib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, estetik cərrah azərbaycanlı ifaçı ilə görüşünü əks etdirən fotoları özünün İnstagram səhifəsində paylaşıb. 

17 avqustda 72 yaşı tamam olacaq sənətkar cərrahla çalışdığı klinikada görüşüb. Sonra isə onun evində qonaq olub. Birlikdə şən və maraqlı həftəsonu keçirən köhnə dostlar hətta duet də oxuyublar.

H.Akbaş və İ.Quliyeva

Hayatı Akbaş İnstagram səhifəsində fotonu bu şərhlə paylaşıb: "Azərbaycanın Divası İlhamə Quliyeva həftə sonu bizləri ziyarət etti. Çox sevindik".

Xalq artisti həkimin evində səhər yeməyi yeyib. 

Azərbaycanın xalq artistinin həftəsonu evində qonaq olmasından ailəliklə şad olduğunu deyən Akbaş, İlhamə xanımın zarafatları, səsi və söhbətlərinin həftəsonuna rəng qatdığını yazıb.

Azərbaycanın və Türk Dünyasının Divası, Primadonna İlhamə Quliyeva Samsunda evimizə qonaq oldu. Səhər yeməyindən sonra duet oxuduq. Mənim üçün də çox özəl olan bu anı paylaşmaq istədim. 

Qeyd edək ki, İlhamə Quliyeva heç vaxt plastik əməliyyat etdirmədiyini deyir. Amma buna baxmayaraq onun burnunu estetik əməliyyat etdirdiyi göz qabağındadır. Çünki səhnəmizin Primadonnasının gənclik videoyazıları ilə indiki görüntülərini müqayisə etdikdə fərq açıq-aydın görünür. Müğənninin bir neçə dəfə Moskvada və Bakıda estetik-plastik əməliyyat etdirdiyi deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.